Elias millimizlə oyunda iştirak edə bilər

Elias millimizlə oyunda iştirak edə bilər
Finlandiyanın 19 yaşadək futbolçulardan ibarət millisinin (U-19) yığmamızla oyunlar üçün açıqlanmış yekun heyətinə aydınlıq gəlib.

Sport7.az xəbər verir ki, baş məşqçi Yarkko Viss 18 futbolçuya dəvət göndərib.

Bütün futbolçular yerli komandalarda çıxış edir: Markus Uusitalo ("Honka"), Miikka Muyunen, Yustus Kauppinen (hər ikisi "Lahti"), Simo Mayander ("Sudet"), Yoona Ala-Hukkala, Elias Ahde (hər ikisi SİK), Yuho Pirttiyoki, Erkka Helminen (hər ikisi "Haka"), Niklas Blomkvist, Valtteri Peltola, Eetu Leppenen (hər üçü TPS), Karim Zine, Karim Yuini, Roni Peiponen, Yoaxim Bökkerman (hamısı HİK), Saku Savolainen, Urho Nissile (hər ikisi KuPS), Samuli Virtanen ("Caz").

Bunlardan Peyponen fevralın 9-da, Virtanen, Kauppinen 17-də, Bökkerman, Helminen və Leppenen isə dünən komandaya qoşulub.

Yeri gəlmişkən, Viss Finlandiya Futbol Federasiyasının saytına bu oyunla bağlı bunları deyib: "Öncədən məlum olduğu kimi, zədəli oyunçularımız var. Artıq qərara gəlmişik ki, yanvarda Sankt-Peterburqdakı turnirdə iştirak etməyək. Burda olan hər oyunçu özünü göstərmək üçün yaranan şansdan maksimum yararlanmağa çalışacaq. 21 yaşdan az olan futbolçularımız üçün Azərbaycanla oyun yaxşı beynəlxalq təcrübə olacaq. Heyətdə 1997 doğumlu futbolçular da var. Bu komanda bazar ertəsindən ölkəmizdə toplanış keçir. Onlar bizimlə qarşılaşmalardan sonra İrlandiyada da təlim-məşq toplanışında olacaq. Azərbaycan millisinin heyətində ölkə xaricində çıxış edən yaxşı legionerlər də oynayır. Bu qarşılaşma çox maraqlı olacaq. Biz bu görüşdə nəyə qadir olduğumuzu görə biləcəyik”.
 
Qeyd edək ki, finlandiyalılarla sabahkı oyun Bakı vaxtı ilə saat 21:00-da, fevralın 22-də baş tutacaq matç isə 16:00-da başlayacaq.

Sport7.az

Xəbər lenti