"Əlimizdən gələni etməyə çalışacağıq" - Ayxan Abbasov

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sumqayıt" Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə üz-üzə gələcək.
 
Sport7.az xəbər verir ki, komandanın baş məşqçisi Ayxan Abbasov püşkün nəticəsini dəyərləndirib: "Tariximizdə ilk dəfə qatılacağımız Avropa Liqasındakı rəqibimizin kimliyini səbirsizliklə gözləyirdik. Dünən axşam məlum olan 4 potensial rəqibləri demək olar ki, analiz etmişdik. Onların hamısı öz liqalarının güclü klublarından idi. Püşkün nəticəsinə əsasən, Şimali Makedoniyanın "Şkendiya” klubunu qəbul edəcəyik. Rəqibimiz ötən mövsüm çempionatı 3-cü pillədə bitirib. Olduqca güclü heyətə malikdirlər. Rəqibin heyətinə nəzər yetirsək, görərik ki, ötən mövsümün ikinci bombardiri də məhz bu komandanın üzvüdür. Şimali Makedoniya təmsilçisinin ən böyük üstünlüyü isə "Sumqayıt”la oyuna qədər çempionatda 3 tur oynaması olacaq. Avropa Liqasında Azərbaycanın adını layiqincə təmsil etmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR