Əliyar Ağayev üçün yeni sınaq

Əliyar Ağayev üçün yeni sınaq
FİFA referimiz Əliyar Ağayev Yunanıstan çempionatına təyinat alıb.
 
Sport7.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
 
Bu ölkənin mətbuatının yazdığına görə, Yunanıstan Super Liqasında XXIV turun oyunlarını idarə edəcək referilərin adları açıqlanıb və təyinat alanlar arasında Ağayev də var. O, mərkəzi oyun hesab edilən PAOK - "Atromitos" qarşılaşmasını idarə edəcək.
 
Azərbaycanlı referiyə Akif Əmirəli və Rza Məmmədov yan xətt hakimi qismində kömək edəcək. Salonikidə yerləşən "Tumba Stadium"dakı görüş martın 10-da baş tutacaq.
 
Maraqlıdı ki, Əliyar Yunanıstan çempionatında oyun idarə edəcək yeganə əcnəbi referi olmayacaq. Məsələ burasındadı ki, AEK - "Panatinaikos" matçı üçün də almaniyalı Tobias Veltsə dəvət göndərilib.
 
Sport7.az

 

Xəbər lenti