Həmyerlimiz Əliyar Ağayev Yunanıstan çempionatında
növbəti qarşılaşmanı idarə edib.
Sport7.az xəbər verir ki, Superliqada dünən keçirilən
"Atromitos” və AEL komandalarının görüşünün əsas hakimi Əliyar Ağayev olub.
Əliyarın beş sarı vərəqə göstərdiyi oyunda qalib müəyyənləşməyib.
Oyun 1:1 hesabıyla başa çatıb.
Qonaq komanda görüşün 44-cü dəqiqəsində önə çıxıb.
Meydan sahiblərini məğlubiyyətdən "Sumqayıt”dan tanıdığımız Əmir Ağayev xilas
edib. Riad Rəfiyevin "milliləşdirdiyi" Əmir ikinci hissədə meydana
daxil olub və komandasının yeganə qolunu vurub.
Əliyar Ağayev bu gün keçiriləcək "Volos” – "Apollon”
qarşılaşmasında VAR hakimi olacaq.

