Əliyar Ağayev

Əliyar Ağayev "Zirə" - "Keşlə" oyununa təyinat aldı

Azərbaycan Premyer Liqasında X turun daha iki oyununun hakim təyinatları müəyyənləşib.

Sport7.az xəbər verir ki, noyabrın 22-də keçiriləcək matçları idarə edəcək referilərin adları açıqlanıb.

Qəbələdə eyniadlı komandanın "Neftçi” ilə görüşündə Rəvan Həmzəzadə ədalət təmsilçisi olacaqsa, "Zirə” ilə "Keşlə”nin duelində Əliyar Ağayev fit çalacaq.

Azərbaycan Premyer Liqası
X tur
22 noyabr (bazar)
14:00. "Qəbələ” – "Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu

16:00. "Zirə” – "Keşlə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR