Əliyar Ağayevdən qırmızı vərəqə və penalti - Çempionlar Liqasında

Əliyar Ağayevdən qırmızı vərəqə və penalti - Çempionlar Liqasında
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində  baş tutan "Zalsburq" - "Şkendiya" matçında ədalət təmsilçisi olub.  

Sport7.az xəbər verir ki, Avstriyada baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Əliyar Ağayev bu matçda bir penalti təyin edib və 3 kartdan istifadə edib.  O, "Zalsburq"un futbolçusu Zlatko Yunuzoviçi 19-cü dəqiqə və 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırıb və meydandan qovub. Ağayev "Şkendiya"nın futbolçusu Mevlan Muratini "sarı" ilə cəzalandırıb. 
 
Qeyd edək ki, bu görüşdə Ağayevə Rza Məmmədov və Zeynal Zeynalov köməklik göstəriblər. 4-cü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib. 
 


Sport7.az  

Xəbər lenti