Əliyar Ağayevə UEFA-dan növbəti təyinat

Əliyar Ağayevə UEFA-dan növbəti təyinat

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev daha bir təyinat alıb.
 
Sport7.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Dinamo" (Ukrayna) - "Luqano" (İsveçrə) görüşünü idarə edəcək.

Kiyevdə keçiriləcək qarşılaşmada ədalət təmsilçisi Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. 4-cü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 12-də B qrupu çərçivəsində keçiriləcək oyun Bakı vaxtı ilə 20:55-də başlayacaq.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR