FİFA referisi Əliyar Ağayev yeni təyinat alıb.
Sport7.az xəbər verir ki, Ağayev Avro-2020-nin seçmə mərhələsində baş tutacaq Malta – Norveç görüşünü idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
Qarşılaşma noyabrın 18-də Maltada Ta Qalidəki Milli stadionda keçiriləcək.
Sport7.az