UEFA Əliyar Ağayevin oyununu təxirə sala bilər - Koronavirus təhlükəsi

UEFA Əliyar Ağayevin oyununu təxirə sala bilər - Koronavirus təhlükəsi

FİFA referisi Əliyar Ağayevin təyinat aldığı FCSB (Rumıniya) - "Slovan" (Çexiya) matçı təxirə salına bilər.
 
Sport7.az xəbər verir ki, bu barədə Rumıniyada yaşayan azərbaycanlı jurnalist Abbas Zahidi yazıb. Ağayevin sabah idarəçilik etməli olduğu qarşılaşma təxirə salına bilər. Belə ki, FCSB -nın (keçmiş "Styaua") heyətində həddindən artıq oyunçu koronavirusa yoluxub. Klub dünən rəsmi olaraq oyunu şənbə gününə keçirmək üçün təklif göndərib, amma cavabı hələ bilinmir. 

Eyni zamanda FCSB hər ehtimala qarşı öz heyətini də UEFA-ya göndərib. İş elə gətirib ki, onlar qapıçını məcburi meydan oyunçusu kimi təqdim ediblər. Göndərilən siyahıda 9 oyunçu və 5 qapıçı var. 

Klubun əsas heyəti oynamayacaq. Mərc şirkətləri də bu oyunu siyahıdan çıxardıblar. 

FCSB-nın koronavirus əhvalatı keçən turda başlayıb. O vaxtı möcüzə nəticəsində onlar "Backa Topola"-nı Avropa Liqasından kənarlaşdırdılar. Heyətində güclə 14 oyunçu tapıldı ki, siyahını UEFA-ya göndərsinlər. Amma buna baxmayaraq onlar vuruşaraq, bu mərhələyə yüksəldilər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR