Əliyev qol vurdu,

Əliyev qol vurdu, "ən yaxşı" seçildi

Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilir.

Sport7.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi "Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə "Axmat”la üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Azər start heyətdə meydana çıxaraq sonadək oynayıb və 10-cu dəqiqədə komandasının yeganə qoluna imza atıb. Bunun sayəsində o, Premyer Liqanın təşkilat komitəsi tərəfindən matçın ən yaxşısı seçilib. Azərbaycanlı futbolçu ötən turda da matçın ən yaxşısı seçilmişdi. Daha çox əvəzedici komandada çıxış edən Möhbalıyevin adı isə ümumiyyətlə bu matçın iştirak ərizəsinə daxil edilməyib.

"Ufa” 19 turdan sonra 25 xalla 16 kollektiv arasında 7-ci sırada qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR