Əliyevdən dubl, komandasından darmadağın

Əliyevdən dubl, komandasından darmadağın

Rusiya çempionatının 1-ci divizionunda 17-ci turun oyunları keçirilib.

Sport7.az xəbər verir ki, U-21 yığmamızın sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki” də növbəti matçına çıxıb. Doğma meydanda Saransk "Mordoviya”sı ilə qarşılaşan futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:0.

Kamran start heyətdə meydana çıxıb dubla imza atıb və 79-cu dəqiqədə əvəzlənib. Bununla da komandasının "10 nömrə"si cari mövsümdə vurduğu qolların sayını 7-yə çatdırıb.

"Ximki” 17 turdan sonra 37 xalla 2-ci pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR