Elmar Baxşıyev:

Elmar Baxşıyev: "Futbolçular klubdaxili kodeksə uyğun şəkildə cəzalanacaq"

Azərbaycan Premyer Liqasının XIV turunun "Sumqayıt” – "Qəbələ” oyunundan (1:1) sonra "qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
 
Sport7.az sizi 39 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir: "Bizi çətin oyun gözlədiyini bilirdik. "Sumqayıt” evdə yaxşı futbol sərgiləyir. Rəqibin heyəti yaxşı futbolçulardan təşkil olunub. İlin son çempionat görüşü idi. Uduzmaq istəmirdik. Oyunun keyfiyyətindən razı qalmadım. Amma qarşılaşmanın belə axarında 1 xal qazandığımıza görə komandanı təbrik edirəm. Qırmızı vərəqələrə gəlincə, hakimlik heç nə yoxdur. Hər iki qırmızı vərəqə bizim futbolçuların nizam-intizamına görə oldu. Futbolçular klubdaxili kodeksə uyğun şəkildə cəzalanacaq. Anarın epizodunda baş verənləri emosiyalara bağlayıram. Özünü saxlaya bilməyib cavab qaytardı. Futbolçularımıza digər klublardan marağın olması bizi sevindirir. Çalışacağıq ki, onları komandada saxlayaq. Üzərimizə düşəni etməyə çalışırıq. Komanda olaraq gələcəyə nikbin baxırıq. İnanıram ki, bu klub yaşayacaq və daha yaxşı olacaq”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR