Elmar Qasımov istefa verdi, yerinə nazir müavini gəlir

Elmar Qasımov istefa verdi, yerinə nazir müavini gəlir
Nizamnaməyə əsasən, İcraiyyə Komitəsinin (İK) üzvləri AFFA-nın üzvü olan təşkilatların müvafiq bölgüsünə uyğun şəkildə seçilir. 
 
Sport7.az xəbər verir ki, nizamnamənin 34-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq İctimai Futbol Təşklatları İctimai Birliyi (İFTİB) İK-da 2 üzvlə təmsil olunmalıdır.

İK-nın üzvü Elmar Qasımov AFFA rəhbərliyinə ərizə ilə müraciət edərək işlərinin çoxluğu səbəbindən İcraiyyə Komitəsinin üzvlüyündən istefa verdiyini bildirib və istefasının qəbul olunmasını xahiş edib. Bununla bağlı, İFTİB tərəfindən təhsil nazirinin müavini Firudin Qurbanovun İK-nın üzvlüyünə namizədliyi irəli sürülüb və seçki AFFA-nın martın 6-da təşkil olunacaq növbəti Konfransında keçiriləcək. Firudin Qurbanovun İK-ya namizədliyi İFTİB-ə Futbol Hakimləri Birliyindən verilib.

Qeyd edək ki, həmin seçkidə Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun da İK üzvlüyünə namizədliyi PFL tərəfindən irəli sürülüb. O, seçilsə, "Sumqayıt"ı təmsil edəcək.

Sport7.az

Xəbər lenti