Elşad Əhmədov:

Elşad Əhmədov: "Deviç böyük səhv etməyib ki, üzr də istəsin"

Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində "Qəbələ" ilə matçda "Sabah"ın futbolçusu Marko Deviç iki sarı vərəqə ilə cəzalandırıldı.

Oyundan sonra "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Deviçin cəzalandırılmayacağını bildirmişdi. Bəs futolçu necə, komanda yoldaşlarından üzr istədimi? Hər halda bu suala baş məşqçidən cavab aldıq. 

Elşad bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "Nə onun üzr istəməsinə, nə də bizim Deviçin üzrünə ehtiyacımız var. O başqa fikirdi. Nəsə böyük səhv etməyib ki, üzr də istəsin. Komandasına kömək etmək istəyib. "Salam"ından tutmuş "Sağ ol"una qədər həmişə komandaya hörmət edib. Elə şeylərə qiymət verən insandı. Onun peşəkarlığı lap pik səviyyədədi. Heç bir narazılıq yoxdu. Cəzalandırmaq deyəndə, kimisə vurmayıb, yaxud təhqir etməyib. Sadəcə, oyun epzodudu. Ondan ötrü niyə adamı cəzalandırıb, üstünə getməliyik? Heç mən də razı olmaram ki, o cür peşəkar, təcrübəli futbolçu gəlib komandadan üzr istəsin. Amma sifətindən hiss olunurdu ki, səhvini anlayıb və bunun özü böyük şeydi".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR