Elşad Əhmədov: "Hücumda problemlərimiz var, onların üzərində çalışmalıyıq"

Elşad Əhmədov:
"Sabah"ın baş məşqçisi Elşad Əhmədov fasilə planları ilə bağlı danışıb.

Elşad bəy Sport7.az-a açıqlamasında bunları söyləyib:

"Komandaya iki gün istirahət vermişdik. Bugündən məşqlərə başlayırıq. 3 nəfər yığmaya gedib. Fasilə ərzində demək olar fizki hazırlıq üzrə məşqç keçəcəyik. Həftə ərzində 3-5-ci günlər 2, qalan vaxtlarda 1 məşq keçəcəyik. Ayın 14-ü isə öz əvəzedicilərimizlə yoldaşlıq görüşü keçirəcəyik. Sonrakı həftədə isə oyuna hazırlaşacağıq. 

Qol vura bilməməyimiz hamımızın dərdidi. Problem təkcə Marko Deviçlə bağlı deyil. Son matçda qol vəziyyətlərindən istifadə edə bilmədik. Düzdü "Neftçi" ilə oyunda əsasən Marko qol vəziyyətlərindən yararlanan bilmədi. Hücumda problemlərimiz var, onların üzərində çalışmalıyıq.

Elə epizodlar var ki, xətlərarası çatışmazlıqlar hiss olunur. Məsələn müdafiədən hücuma keçərkən problemlər olur. Taktiki baxımdan çatışmazlıqlar çoxdu".

Sport7.az

Xəbər lenti