Elşad Əhmədov:

Elşad Əhmədov: "Oyunumuzu tapmaq üçün vaxt lazımdı”

"Sabah"ın baş məşqçisi Elşad Əhmədov "Sumqayıt”la yoxlama oyunundan (2:0) sonra fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Artıq ikinci yoxlama oyunudur ki, qələbə qazanırıq. Lakin bu bizim üçün elə də vacib deyil. Hazırda bizim üçün əsas olan komandanın hazırlıq səviyyəsini yoxlamaq, səhvlərimizi görməkdi. Bu baxımdan bu cür oyunlar bizim üçün çox vacibdi. Yenilər komandaya uyğunlaşmaq baxımından çətinlik çəkmirlər. Ancaq komanda kimi oyunumuzu tapmaq üçün vaxt lazımdı”.

"Sabah” mövsümlərarası fasilədə keçirdiyi ilk yoxlama oyununda "Zirə”ni məğlub etmişdi (5:3).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR