"Çelsi" çinliləri təhqir edən futbolçusunu qovdu - FOTOLAR

Çində təlim-məşq toplanışında olan "Çelsi"nin rəhbərliyi gənc futbolçusu Kennedini İngiltərəyə göndərib.
 
Sport7.az xəbər verir ki, buna səbəb 21 yaşlı futbolçunun toplanış zamanı çinlilərə yönəlik irqçi və aşağılayıcı ifadələr işlətməsi olub. Kennedinin sosial mediada paylaşımları üçün Çin xalqından üzr diləyən rəhbərlik bununla da kifayətlənməyərək futbolçunu toplanışdakı heyətdən çıxarıb. İngiltərəyə qayıdan futbolçu dilinin bəlasına düşdüyünü bildirib. 
 
Heç kimi aşağılamaq fikri olmadığını bildirən Kennedi işlətdiyi ifadələrin öz dilində təhqir olmadığını söyləyib.
 

 
 
Sport7.az

Xəbər lenti