"Çelsi" futbol tarixinin ən bahalı transferini reallaşdırdı

Adı uzun müddətdi "Real"la hallanan Tiba Kurtiosun heç bir səbəb göstərmədən məşqlərə çıxmaması üzündən qapıçı axtarışlarını sürətləndirən "Çelsi" rekord məbləğə Kepa Arrizabalaqanı heyətinə qatıb.
 
Sport7.az xəbər verri ki, "Atletik"də performansı ilə diqqət çəkən və İspaniya yığmasına da çağrılan 23 yaşlı qapıçı üçün 80 milyon avro ödəyən "Çelsi" futbol tarixinin ən bahalı qapıçı transferini həyata keçirib.
 
Bu rekord daha öncə "Roma"dan Alisson Bekeri 75 milyon avroya transfer edən "Liverpul"a aid idi.  
 
Bununla yanaşı Kepa həm də "Çelsi" tarixinin ən bahalı futbolçusu oldu. Bu rekord isə ötən mövsüm 66 milyon avroya London klubuna transfer edilən Alvaro Morataya aid idi.
 
Kepanın transferinin rəsmən açıqlanmasının ardından Kurtiosun "Real"a transferinin qısa müddətdə tamamlanacağı gözlənilir.
 
Sport7.az

Xəbər lenti