"Çelsi" hücumçusu ilə müqavilə yenilədi

Olivye Jiru "Çelsi" ilə sazişini yeniləyib.

Fransız London klubu ilə müqaviləsini 2020-ci ilin yayına qədər uzadıb.

"Olivye daha bir mövsüm "Çelsi"nin futbolçusu olacağı üçün çox sevinirik. Bəzən əvəzedicilər skamyasında oturub, şansını gözləməli olurdu. Ancaq bununla belə, Jiru komandaya pozitiv təsir göstərə bildi", - deyə "zadəganlar"ın direktoru Marina Qranovskaya bildirib.

2018-19 mövsümündə Premyer Liqada 2 qolla yadda qalan Jirunun oyun praktikasının azlığından şikayətçi olduğu və Liqa 1-ə qayıdacağına dair xəbərlər yayılmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR