"Çelsi" İkardini transfer edir

Premyer Liqanın nəhəng klublarından olan "Çelsi" diqqətçəkən transferə imza atmağa hazırlaşır.
 
Sport7.az xəbər verir ki, London klubu "İnter"in kapitanı Mauro İkardini heyətinə qatmaq niyyətindədi. Alvaro Moratadan istədiyini ala bilməyən baş məşqçi Maurisio Sarri yeni hücumçu axtarışına çıxıb və İkardi ilə yaxından maraqlanmaqdadı. 
 
İngiltərə mətbuatı Roman Abramoviçin bu transferə görə 100 milyon funt-sterlinq xərcləməyə hazır olduğunu bildirib. 2011-ci ildə "Barselona"dan "Sampdoriya"ya 300 min avroya transfer edilən İkardi 2013-cü ildə "İnter"lə 13 milyon avro qarşılığında müqavilə imzaladı. İtalyan klubunun heyətində 204 rəsmi matça çıxan İkardi 120 qola, 25 məhsuldar ötürməyə imza atıb. 
 
Şəxsi həyatı ilə əlaqədar Argentina yığmasında lazımi qədər şans qazana bilməyən hücumçu 8 oyunda cəmi 1 qola imza atıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR