"Çelsi" Korona istəyir

Premyer Liqanın aparıcı klublarından olan "Çelsi" transfer çalışmalarına başlayıb.
 
Sport7.az xəbər verir ki, komandanı baş məşqçisi Frank Lempard bir sıra futbolçuların adlarını transfer siyahısına salıb. Onlardan biri də "Portu"nun meksikalı ulduzu Jesus Koronadı. 27 yaşlı futbolçu "Çelsi"nin cinahlarındakı boşluqları doldurmaq üçün nəzərdə tutulub. 
 
Ancaq futbolçunu "Stemford Bric"ə gətirmək elə də asan olmayacaq. Çünki Avropanın bir çox nəhəng klubları da Koronanı öz heyətində görməkdə maraqlıdı. 
 
"Çelsi"nin futbolçu ilə maraqlandığını onun agenti Matias Bunge də təsdiqləyib. Menecer hələ konkret bir qərara gəlmədiklərini, ancaq növbəti təklifi dəyərləndirməyin mümkün olduğunu bildirib.
 
Transfer qiyməti 30 milyon avro olan Koronanın "Portu" ilə 2 illik müqaviləsi var.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR