"Çelsi" Rafael Beniteslə danışıqlar aparır

"Çelsi" baş məşqçi Mauritsio Sarrinin əvəzləyicisinin axtarışındadı.

"Tuttosport"un məlumatına görə, London klubu Rafael Beniteslə danışıqlara başlayıb. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.

"Çelsi" Sarrini sərbəst buraxmağa hazırdı. "Yuventus"un yaxın günlərdə italyan mütəxəssislə müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Benites üç ildi ki, "Nyukasl"ı çalışdırır. O, 2012-2013-cü illərdə "Çelsi"də işləyib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR