"Çelsi" rekord qiymətə aldığı qapıçını icarəyə verəcək

"Çelsi" Kepa Arrizabalaqanı icarəyə verməyə hazırlaşır.
 
Sport7.az xəbər verir ki, klub Eduard Mendinin transferindən sonra Arrizabalaqanı başqa kluba icarəyə vermək qərarına gəlib. "Çelsi" qolkiperi yay fasiləsində icarəyə göndərmək niyyətindədi. Buna səbəb Kepanın son vaxtlar yol verdiyi səhvlər və uğursuz çıxışıdı.
 
25 yaşlı qapıçı "Çelsi"yə 2018-ci ildə "Atletik"də rekord qiymətə - 72 milyon funt-sterlinqə transfer olunmuşdu. Bu keçiddən sonra o dünyada ən bahalı qapıçı ünvanına sahib olmuşdu.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR