"Çelsi" yeni baş məşqçisinin adını açıqladı

Tomas Tuxel "Çelsi"nin baş məşqçisi təyin olunub.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. 48 yaşlı almaniyalı mütəxəssislə ilyarımlıq müqavilə bağlanılıb. O, yeni vəzifədə Frenk Lempardı əvəzləyib.

Artıq Tuxel kollektivi ilk məşqə də çıxarıb. Yanvarın 27-də isə "zadəganlar" Premyer Liqanın XX tur qarşılaşmasında "Vulverhempton"u sınağa çəkəcək.

Hazırda "Çelsi" 19 oyundan 29 xalla 9-cu pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR