"Çelsi" yeni transferini açıqladı

"Çelsi" yeni transferini açıqlayıb.
 
Sport7.az xəbər veir ki, klubun rəsmi saytında qapıçı Eduard Mendi ilə müqavilə imzalandığı bildirilib. Fransa təmsilçisi "Renn"in qapıçısının İngiltərə klubuna transferi 22 milyon funt-sterlinqə başa gəlib. Qolkiperin "Zadəganlar"la müqaviləsinin müddəti 5 illikdi.
 
Bir müddət öncə klubdan verilən açıqlamada Kepa Arrizabalaqa ilə rəqabət aparması üçün yeni qapıçı axtarışında olduqları bildirilmişdi. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR