"Çelsi"dən "Milan"a

"Çelsi”nin futbolçusu Fikayo Tomori İtaliya A Seriyasında oynayacaq.

Sport7.az xəbər verir ki, "Milan” uzun müddətdir danışıq apardığı 23 yaşlı müdafiəçini heyətinə cəlb etməyi bacarıb.

Klublar arasında aparılan danışıqlar müsbət yekunlaşıb. Mərkəz müdafiəçisi mövsümün ikinci yarısını "Milan”da icarə əsasında keçirəcək. "Rossonyerlər” yayda onu 30 milyon avroya birdəfəlik transfer etmək hüququna malikdir. Tomori yaxın günlərdə Milana yollanaraq, yeni komandasına qoşulacaq.

Tomori cari mövsüm Premyer Liqada cəmi 1 matçda iştirak edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR