“Çelsi”dən “Spartak”a transfer

“Çelsi”dən “Spartak”a transfer

İngiltərənin "Çelsi" klubunun futbolçusu Viktor Mozes Rusiya "Spartak"ına keçib.

Sport7.az xəbər bu barədə Moskva təmsilçisinin rəsmi saytı məlumat yayıb. Nigeriyalı yarımmüdafiəçi sonradan birdəfəlik alına bilməsi şərti ilə cari mövsümün sonunadək icarəyə götürülüb.

Ötən mövsüm Viktor Mozes icarə əsasında İtaliya "İnter"inin formasını geyinib. 29 yaşlı xavbek bütün turnirlərdə 17 oyunun iştirakçısı olub.

O, daha əvvəl "Kristal Pelas", "Liverpul", "Vest Hem", Türkiyə "Fənərbağça"sı və digər komandalarda çıxış edib. Mozes 2012 - 2018-ci illərdə Nigeriya yığmasına çağırılıb.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR