"Çelsi"nin transfer qadağası ləğv olundu

İdman Arbitraj Məhkəməsi (CAS) "Çelsi"nin transfer qadağası ilə bağlı apellyasiya müraciətini təmin edib.

Qadağa 1 "transfer pəncərəsi"nə şamil olunacaq. Belə olan halda, "Çelsi" yanvar ayında heyətini gücləndirə biləcək.

London klubu FIFA-ya 300 min İsveçrə frankı məbləğində cərimə ödəməli olacaq.

Qeyd edək ki, FIFA yetkinlik yaşına çatmayan futbolçuların transfer qaydalarını pozduğuna görə "Çelsi"yə iki "transfer pəncərəsi"ni əhatə edən qadağa tətbiq etmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR