Eltunun komandası məğlub oldu

Eltunun komandası məğlub oldu

Albaniya çempionatında 19-cu turun oyunları keçirilib.

Sport7.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi "Biliş” də növbəti matçına çıxıb.

Səfərdə "Teuta” ilə qarşılaşan futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Xeyli müddətdi zədədən əziyyət çəkən Eltun bu görüşün iştirakçısı olmayıb.

"Biliş” 19 turdan sonra 30 xalla 10 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Albaniya klubu Turabovu "Sabah”dan icarəyə götürüb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR