Elvin Yunuszadə

Elvin Yunuszadə "Neftçi"nin Avroliqadakı rəqibi ilə müqavilə bağladı - FOTOLAR

Azərbaycanlı futbolçu Elvin Yunuszadənin yeni klubu müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, futbolçu Şimali Makedoniya təmsilçisi "Şkupi" ilə müqavilə bağlayıb. Onun müqaviləsinin müddəti 1+1 illikdi. 
 
Yunuszadə yeni klubuna transferi ilə bağlı fikirlərini klubun mətbuat xidmətinə açıqlayıb. O bunları söyləyib: "Skopye komandası ilə razılığa gəldiyim üçün çox xoşbəxtəm. Dünəndən etibarən Skopyedəyəm. Komandada çox yaxşı atmosfer olduğunu gördüm. Dünən də mövsümün ilk oyununu izlədim və bu məndə çox yaxşı təəssürat yaratdı. "Şkendiya" ilə matçda gördüklərimə əsasən düşünürəm ki, heyəti gücləndirmək üçün transfer edilən digər futbolçularla birlikdə çempionluğa namizəd olacağıq. Baş məşqçi ilə bağlı da xoş sözlərim var. O, olduqca yaxşı və çox xarakterikdir. Bu komanda ilə böyük işlər görəcəyimizə əminəm. Pandemiyaya baxmayaraq azarkeşlərə bir mesajım var. İnanıram ki, bacardığımızdan daha çoxunu verəcəyik"
 
"Şkupi" Avroliqanın 2020-2021 mövsümünün ilk təsnifat mərhələsində Bakıda "Neftçi"nin qonağı olacaq.  Yunuszadə 2010/2015-ci illərdə məhz "Neftçi"nin heyətimdə çıxış edib. Bundan əlavə o, Azərbaycan Premyer Liqasında "Səbail", "Sabah" və "Qarabağ"ın da formasını geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR