Elxan Abdullayev: "Qarabağ" yaxşı oyunla azarkeşləri sevindirə bilər"

Elxan Abdullayev:
Azərbaycanın tanınmış mütəxəssislərindən olan Elxan Abdullayev "Qarabağ" - "Arsenal" matçı ilə bağlı fikirlərini bildirib.

Elxan bəy Sport7.az-a açıqlamasında bunları söyləyib: "Qarabağ"dan yaxşı oyun gözləyirəm. Real danışaq, "Arsenal"la "Qarabağ"ın gücü eyni deyil. "Arsenal" dünyadakı ən güclü liqanın komandasıdı. Amma o demək deyil ki, "Qarabağ" uduzmalıdı. Belə rəqibin Bakıya gəlməsi böyük amildi. Stadion dolu olacaq. "Qarabağ" ən azı yaxşı oyunla azarkeşləri sevindirə bilər. Səviyyə eyni olmasa da, futbolda hər şey mümkündü. Yaxşı oyunla onlardan xal ala bilərik. 

İngiltərə klubları ilə oynamaq çox çətindi. Çünki aqressivdilər. 2:0 udanda da daim hücuma atılırlar və öz azarkeşlərini qollarla sevindirmək istəyirlər. Bacardıqları qədər hücum yaradırlar. Düzdü onları əks-hücumlarda tutmaq olur. Açıq futbola üstünlük verirlər. 

"Arsenal"ın hansı heyətlə meydana çıxacağını dəqiq deyə bilmərəm. Amma sirr deyil ki, qələbə və heç-heçəyə şans azdı. Güc eyni deyil. Faiz nisbətilə  götürsək 90-ın 10-a "Arsenal" udacaq. Bununla yanaşı azarkeşlər də sevinəcək. Komanda daim boş tribunlar qarşısında oynayır. Bu dəfə 60 minə yaxın azarkeş gələcək. Bu da onu göstərir ki, azarkeşlər Azərbaycanda futbolu sevirlər. Eyni zamanda yaxşı futbol gözləyirlər".

Sport7.az

Xəbər lenti