Elxan Məmmədov UEFA-ya hesabat verdi

Elxan Məmmədov UEFA-ya hesabat verdi

Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Sport7.az xəbər verir ki, AFFA-nın baş katibi, UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) sədri Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasına dəvət olunub. 

Məmmədov rəhbərlik etdiyi komitənin fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edib. Bundan əlavə, Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin irəli sürdüyü "Child safeguarding” (Uşaqların mühafizəsi) siyasəti ilə bağlı təqdimat olub. Baş katib İcraiyyə Komitəsi qarşısında qeyd olunan siyasətin müvafiq əsasnaməsinin təsdiqi təklifini səsləndirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR