“Elxan Məmmədov yerində tapılmır” - 18 ildi keçirilən turnirə AFFA-dan badalaq

“Elxan Məmmədov yerində tapılmır” - 18 ildi keçirilən turnirə AFFA-dan badalaq

"Qoyublar ora uşaq-muşağı, özləri də çıxıb gediblər xaricə”

Hər il Bakı kəndlərinin həvəskar komandaları arasında keçirilən ənənəvi çempionat bu il hələ də başlamayıb. Çempionatın gecikməsində müxtəlif səbəblər göstərilir.
 
Sport7.az xəbər verir ki, turnirin başlamamasında ən böyük əngəlin sənədləşdirmə problemi olduğu deyilir.

Hazırda sənədləşmə prossesinin nə yerdə olduğunu və çempionatın nə vaxt başlayacağını dəqiqləşdirmək üçün "Futbol+” qəzetinin əməkdaşları Bakı Kəndlər Futbol Federasiyasının prezidenti Vaqif Davudovla əlaqə saxlayıb:

"Bildiyiniz kimi, çempionatımız hələ də başlamayıb. AFFA-da müəyyən çətinliklə üzləşmişik. Rəhbərlər çıxıb gedir başqa ölkələrə, sənədlərə qol çəkən olmur. Hakimlər Komitəsinin sədrini də tapmaq olmur. Ancaq nəhayət, güc-bəla ilə bu işin öhdəsindən gəlmişəm. Neçə gündü AFFA-dan əl çəkmirəm.
 
Vallah, mənim yerimə kim olsa, atar hər şeyi, "cəhhənəm olsun” deyər. İnanın ki, hamı mənim üstümə gəlir. Yarışı mənim keçirməyimi istəyirlər. Məndən başqa heç kimi istəmədiklərini söyləyirlər. Mən isə bir çox çətinliklə üz-üzə qalıram. Qoyublar ora uşaq-muşağı, özləri də çıxıb gediblər xaricə. Biri deyir, beş günə, biri deyir, bir həftəyə gələcəm. İndi də Bakıda keçiriləcək Avropa çempionatının oyunlarına hazırlaşırlar.

Burda nə çətin bir şey var ki? Bu işi etməyə nə var? Mən buranın nümayəndəsiyəm. Bunun üçün Əsasnamə lazımdı deyirlər. Onu da hazırlayıb vermişəm. Ancaq bu sənədə qol çəkmək üçün 8 nəfər adam lazımdı. Bir gün birini tapırsan, o biri gün başqasını. Başlayıram bunları axtarmağa. Elxan müəllim xaricdədi, köməkçisi də burda yoxdu. İndi də elektron poçtu çıxardıblar. Komandaların bu haqda məlumatı yoxdu axı. Gəlib bunları öyrətmək, maarifləndirmək lazımdı.

Bundan başqa, Hakimlər Komitəsinin sədrinin müavini gəlib görüş keçirməlidi. İndi bunların hamısı gələn həftəyə qalıb. Gələn həftə başlamalıdı. Bilirsiz ki, bu işi məndən başqa heç kim görmür. Hazırda Sumqayıta gedirəm. Stadionları yoxlayıram. Orda da oyunlarımız olacaq. Mən bu yarışı 18 ildi keçirirəm. Gələn həftə komandalar da, oyunların keçiriləcəyi stadionlar da bilinəcək. Bu yarış çox maraqlı olur. Hər zaman belə olub, bu il də olacaq”.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR