Elxan Məmmədov öz qapısına qol vurdu

Elxan Məmmədov öz qapısına qol vurdu
Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, Azərbaycan milli komandasının ilk baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü olmuş mərhum Ələkbər Məmmədovun anadan olmasının 88-ci ildönümü ilə əlaqədar yoldaşlıq oyunu keçirilib.

Sport7.az xəbər verir ki, "Bayıl Arena”da keçirilmiş oyunu Tahir Süleymanov, Ramiz Əsədov və Eldar Nağıbəyovdan ibarət veteran hakimlər briqadası idarə edib. Topa ilk toxunuşu AFFA-nın İcraiyyə Komitəsinin üzvləri Kazbek Tuayevlə İsgəndər Cavadov, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov və veteran hakim Rüstəm Rəhimov edib.

Ağasəlim Mircavadovun baş məşqçisi olduğu "Təcrübə” komandası Vaqif Sadıqovun rəhbərlik etdiyi "Futbol funksionerləri” komandasını 7:5 hesabı ilə məğlub edib. 

Veteranların heyətində Musa Qurbanov het-trik edib. Elxan Məmmədovun avtoqol müəllifi olduğu oyunda digər qolları Maşallah Əhmədov, Oqtay Abdullayev və Alim Qurbanov vurub. "Futbol funksionerləri” komandasında isə Yunis Hüseynov dubl edib, digər qolların müəllifi Bəxtiyar Osmanov, Müsfiq Hüseynov və Elxan Məmmədov olub. (futbolinfo.az)
 

Xəbər lenti