Dünən verilən müvafiq fərmanla Əbülfəs Qarayev Azərbaycan Respublikasının Mədəniyyət
Naziri vəzifəsindən azad edildi.
Sport7.az xəbər verir ki, boşalan posta AFFA-nın icraçı vitse-prezidenti
Elxan Məmmədovun qardaşı Emin Məmmədov əsas namizəddi. Əldə etdiyimiz məlumata
görə, Emin Məmmədovun nazir postuna təyin edilməsi yuxarı dairələrdə müzakirə
olunur.
Emin Məmmədov 1970-ci ildə Bakı şəhərində anadan olub. Hazırda Bakıda
yaşayır və işləyir. 2011-ci ildən Heydər Əliyev Fondunun, 2013-cü ildən isə
Heydər Əliyev Mərkəzinin bədii müşaviridir. O, həmçinin Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının "Qrafika” şöbəsində dərs deyir. 2012-ci ildə "Azərbaycan
Respublikasının əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. E. Məmmədov
Azərbaycanda və Avropanın bir çox şəhərlərində keçirilmiş sərgilərə kuratorluq
edib.
