Elxan Məmmədovun smartkartları

Elxan Məmmədovun smartkartları

Tapsan, tutsan, qarşılaşsan danışdırarsan. Nə danışacaq ki? Danışmağına danışar e, danışdırsan. Amma sən sual verirsən axı. Suala cavab vermək lazım. Ölkədə "lazım"ı şam işığında axtarırlar. "Axtaran tapar" desələr də, boş söhbətdi. Boş demişkən... Baş katibin boş-boş danışanlarla işi yoxdu. İşləri var. VAR-ın nə dəxli var. 

Getdi Slovakiyaya. Danışsa orda danışacaq, danışmasa da soruşan olmayacaq. Olmayan yerdən ummazlar. Umacağın varsa, soruşmayassan. Deməli orda da danışmayacaq, danışsa da lazım olunan sorulmayacaq. Yenə "lazım"? Lazımın nə dəxli var? Lənət şeytana, yenə VAR!  

VAR bizdə olmayacaq. Olanlar dağılır. Dağılanın yerində at oynadılır. Oyunlar bitmir. Bitən Azərbaycan futboludu. Futbolun başında boş katibdi. Ona katiblik etmək istəyənlər isə nə qədər desən var. Yox, bu var o VAR-dan deyil. 

Sualdan gəlib hara çıxdım. Çıxmaq demişkən, mən də təsadüfən şəhərə çıxdım. Elə həmin təsadüfdə qulaq şahidi oldum. Şahidlər AFFA-ya smartKARTlı sayğac quraşdırıblar dedilər. Nə sayacaqlar ki, saydıqları səfərdə, saymadıqları Bakıda. Öyrənə bilmədim həmin smartKART balansı konturla göstərir, yoxsa manatla?

Dalğanı dəyişməyin, çalışın Bakıda qalın.

Müxtəsər Mustafa

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR