Emeri yenidən Premyer Liqada işləmək istəyir

Emeri yenidən Premyer Liqada işləmək istəyir

Unay Emeri yeni iş yeri axtarışındadı.

ESPN-in xəbərinə görə, Emeri "Everton"la danışıqlar aparır. O, yenidən Premyer Liqada çalışmaq niyyətindədi. İspan mütəxəssis İngiltərədə işlədiyi dönəmdə ingilis dilini kifayət qədər inkişaf etdirdiyini düşünür.

Emerinin "Everton"u çalışdırmaq ehtimalları elə də yüksək qiymətləndirilmir. Danışıqlar getsə də, rəsmi təklif yoxdu.

La Liqa klublarının 48 yaşlı məşqçi ilə maraqlandıqları bildirilir.

Qeyd edək ki, hazırda Emeri Londonda yaşayır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR