Emil Balayev Qazaxıstanda 1-ci oldu

Emil Balayev Qazaxıstanda 1-ci oldu

Həmyerlimiz Emil Balayev Qazaxıstanda uğurlu çıxışa davam edir.

Sport7.az xəbər verir ki, "Tobol”un "çərçivə” qoruyucusu 540 dəqiqə qapısını toxunulmaz saxlamağı bacarıb.

Pavlodar təmsilçisi 540 dəqiqə - 6 çempionat oyununda qol buraxmayıb. Sonuncu dəfə mayın 1-də "Ordabası” ilə oyunun son saniyələrində Balayev topu tordan çıxarmalı olub.

Balayevin ən yaxın izləyicisi 310 dəqiqəlik göstərici ilə "Jetısu”nun qapıçısı Almat Bekbayevdi.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR