Emil Balayev Qazaxıstanda

Emil Balayev Qazaxıstanda "ən yaxşılar" arasında

Qazaxıstan Premyer Liqasında yenicə başa çatan mövsümün ən yaxşıları açıqlanıb.
 
Sport7.az xəbər verir ki, kapitanlar və baş məşqçilər arasında aparılan səsvermənin yekununda hər mövqenin ən yaxşı "3-lüy"ü müəyyənləşib.

"Tobol"un şərəfini qoruyan Azərbaycan millisinin qapıçısı Emil Balayev də "ən yaxşılar" arasında yer alıb.
 
O, mövsümün ən yaxşı 3-cü qapıçısı seçilib. Səsvermədə həmyerlimizi Nenad Eriç və Dmitri Nepoqodov qabaqlayıb.

"Tobol" mövsümü 4-cü pillədə başa vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR