Emil Balayev qol buraxmadı, komandası qələbə qazandı

Emil Balayev qol buraxmadı, komandası qələbə qazandı

Qazaxıstan Premyer Liqasında 27-ci turun oyunları davam edir.
 
Sport7.az xəbər verir ki, yığmamızın qapıçısı Emil Balayevin formasını geydiyi "Tobol" növbəti matçına çıxıb. Kustanay təmsilçisi səfərdə "Şaxtyor"un qonağı olub.
 
Matçın başlanğıcından sonuna qədər meydanda olan Emil bu görüşdə də qol buraxmayıb. Onun komandası isə 1:0 hesablı qələbə qazanıb. "Tobol"dan yeganə qolu 89-cu dəqiqədə Fernander Kassay rəqib qapısından keçirib.
 
Hazırda Kustanay təmsilçisi 58 xalla turnir cədvəlinə liderlik edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR