Emil Balayev:

Emil Balayev: "Sabah da həyəcanlı olmayacam”

Millimizin əsas qapıçısı Emil Balayev Macarıstanla oyundan öncə fikirlərini bölüşüb.
 
Sport7.az xəbər verir ki, Qazaxıstan təmsilçisi "Tobol"un formasını geyən Balayev bunları söyləyib: "Oyuna yaxşı hazırlaşmışıq. Komandamızda əhval-ruhiyyə yüksəkdir. Sabah bizi maraqlı oyun gözləyir. Futbol kollektiv oyunudur. Xorvatiya ilə Bakıda keçirdiyimiz oyunda millidə debüt etdim. İlk oyunum olmasına baxmayaraq, gərgin deyildim, çünki komanda yoldaşlarım mənə inamını nümayiş etdirirdi. Düşünürəm ki, sabah da həyəcanlı olmayacam”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR