Emil Balayevin klubu erməni məşqçiyə tapşırıldı (RƏSMİ)

Emil Balayevin klubu erməni məşqçiyə tapşırıldı (RƏSMİ)

Millimizin futbolçusu Emil Balayevin klubu "Tobol"a yeni baş məşqçi təyin olunub. 
 
Sport7.az xəbər verir ki, bu barədə Qazaxıstan klubunun rəsmi saytı məlumat yayıb. 

Kostanay təmsilçisini erməni Qriqori Babayan çalışdıracaq.Onunla imzalanan müqavilənin detalları haqda məlumat verilməyib.

Qeyd edək ki, Babayan bundan əvvəl "Astana"da "Qəbələ"nin sabiq çalışdırıcısı Roman Qriqorçukun köməkçisi işləyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR