Emilsiz “Tobol” elə ilk oyundaca...

Emilsiz “Tobol” elə ilk oyundaca...

Qazaxıstan Premyer Liqasında yeni mövsümə start verilib.

Sport7.az xəbər verir ki, bizə yaxından tanış olan Kaxaber Tsxadadzenin çalışdırdığı "Ordabası” ilk turda qələbə qazanıb. Çimkənd təmsilçisi "Okjetpez” üzərində 1:0 hesablı qələbəyə sevinib.

Emil Balayevin sabiq komandası "Tobol” da qələbə qazanıb. Kostanay təmsilçisi evdə Karaqanda "Şaxtyor”unu 3:1 hesabıyla məğlub edib. Diqqətçəkən məqam odu ki, ötən mövsüm nadir hallarda qol buraxan "Tobol” elə ilk oyundaca qapısında qol görüb. Arsen Xubulov 56-cı dəqiqədə künc zərbəsindən sonra hesabı bərabərləşdirib.

Daha sonra iki qol vurmağı bacaran meydan sahibləri 3:1 hesablı qələbəni rəsmiləşdiriblər.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR