Emin Ağayev - 45

Emin Ağayev - 45
"Səbail"in məşqçisi Emin Ağayev bu gün yubileyini qeyd edir.
 
Sport7.az xəbər verir ki, yığmamızın sabiq müdafiəçisinin 45 yaşı tamam olur. 
 
Futbolçu karyerasına 1990-cı ildə başlayan, 2 il sonra Azərbaycanın ilk milli çempionatında "Neftçi"nin heyətində qızıl medal qazanan Emin ardından Rusiyaya yollanıb. Onun 1993-cü ildən indiyə kimi bu ölkədə olan karyerası məhz "Anji"də başlayıb. Müdafiəçi 1993-98-ci illərdə bu klubun heyətində Rusiyanın aşağı divizionunda 185 oyunda 10 qol vurub. Bu, Ağayevin Rusiyada ən yaxşı göstəricisi olub. Emin sonradan "Torpedo-ZİL" (1999-2001), "Ximki" (2002-04), "Baltika" (2004), "Dinamo" (Bryansk, 2005), "Nosta" (2005), "Nara-Desna" (2007), "Volqa"da (2008-10) kimi klubların da formasını geyib. 
 
1994-dən 2005-ci ilə qədər yığmamızın formasını geyən Ağayev bu müddətdə 65 matça çıxıb və 1 qola imza atıb.
 
Sport7.az

Xəbər lenti