Emin Quliyev: “Artıq optimal heyəti formalaşdırmaq vaxtıdı”

Emin Quliyev: “Artıq optimal heyəti formalaşdırmaq vaxtıdı”
Veteran futbolçu Emin Quliyev yığmamızın son oyunları ilə bağlı düşüncələrini bölüşüb.

Emin bəy Sport7.az-a açıqlamasında bunları söyləyib:

"Zəif başladılar, sonra özlərinə gəldilər. Qırğızlar Qazaxıstana baxanda zəif idi. Qazaxlar yaxşı futbol göstərdi. Bilirsiz, həmişə demişəm, indi də qeyd edirəm, 8 komandalı çempionatımız var. Qurban müəllimin əlindəki "material” da budu, neyləsin? Güclü çempionatın olmalıdı. Bizim dönəmimizdə, başqa və səviyyəli klublardan minimum 6-7 legioner gəlirdi. İndi xaricdə oynayan legionerimiz demək olar yoxdu. Syaxşı oynamaq üçün, sənin səviyyəli klublarda legionerlərin olmalıdı.

Bilirdim ki, Qazaxıstanla  oyun çətin olacaq. Qırğızların ayağı top tutmurdu. Amma Qazaxılstan əvvəlki kimi deyil, "artırıblar”. Amma 0:3 hesabını gözləmirdim. Müdafiədə boşluqlar oldu. Hamısı öz səhvlərimizdən oldu.

Latviya ilə oyun... Bilirsiz, hamısı bizə uyğun rəqibdi. Qazaxıstan da meydana can qoymağa çıxmışdı. İstəsələr nəsə əldə edə bilərlər. Yoxsa, çıxıb meydanda gəzsən, əlbəttə qələbə qazanmayacaqsan. Qələbə üçün vuruşmaq lazımdı. Bəxtimiz gətirmədi, nə qədər qol vəziyyətləri boşa getdi. Düşünürəm ki, Latviya super komanda deyil. Düzdü Latviyanın yaxşı futbolçuları olub. O vaxt səhv etmirəmsə Avropa çempionatında çıxış edirdilər. İstənilən komandaya qarşı oynamaq olar. 

Səv etmirəmsə Latviya ilə oyun 6-cı olacaq. Hər məşqçinin öz baxışı var. Məncə yavaş-yavaş real heyəti hazırlamaq lazımdı ki, sentyabrdan kimə baxacağımızı bilək. Əlbəttə, sabah seçmə mərhələ matçlarına çıxacaqlar. Yoldaşlıq görüşlərində yaxşı oyun da göstərmək lazımdı. Yoxsa, çıxıb seçmə oyunlarda nə edəcəksən ki? Onlar daha çətin olacaq. İndidan artıq optimal heyəti formalaşdırmaq vaxtıdı ki, meydana kimlərin çıxacağı bilinsin”.

Sport7.az

Xəbər lenti