Emmanuel Adebayor da karantinə alındı

Emmanuel Adebayor da karantinə alındı

"Arsenal"ın sabiq futbolçusu Emmanuel Adebayor karantinə alınıb.
 
Sport7.az xəbər verir ki, Paraqvayda "Olimpiya"nın formasını geyən təcrübəli futbolçu çempionat dayandırılandan sonra evinə dönməyi qərara alıb. Paraqvaydan Beninə uçan 36 yaşlı toqolu hücumçu, sözügedən ölkənin paytaxtı Kotonoudakı hava limanına enəndən sonra təyyarədəki digər 84 sərnişinlə birlikdə otellərin birində karantinə götürülüb.
 
Toqo mətbuatına açıqlama verən Adebayor, 14 gün karantində qalacağını, daha sonra ailəsinin yanına qayıdacağını açıqlayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR