Çempion taekvondoçumuz:

Çempion taekvondoçumuz: "Qran-prilərdə 200 xal qazanmaq mümkündür"

İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan Milad Harçeqani uğuru ilə bağlı fikirlərini bölüşüb.
 
Sport7.az xəbər verir ki, o bu sözləri söyləyib: "Bu il dörd Qran-pri yarışı var. Gələn il Tokioda keçiriləcək Yay Olimpiya Oyunları üçün lisenziya xallarını artırmaqdan ötrü bu turnirlərdə yaxşı nəticə göstərmək lazımdır. Çünki reytinq yuxarı olanda, olimpiadada ilk döyüşdə münasib rəqib düşür. Hələlik Tokio-2020-yə vəsiqəni böyük ölçüdə qazandığımı deyə bilmərəm. Çünki Qran-prilərdə 200 xal qazanmaq mümkündür. Buna rəğmən, olimpiadaya 80 faiz vəsiqəni təmin etdiyimi söyləmək olar”.

Miladın sözlərinə görə, onun çəkisində çıxış edən bəzi taekvondoçuların Tokio-2020-yə qədər karyeralarını bitirəcəkləri gözlənilsə də, yenə yüksək rəqabət olacaq: "Olimpiadanın dünya çempionatından asan keçəcəyini söyləmək düz deyil. Yeni gənc taekvondoçular var. Düzdür, mənim də təcrübəm çoxdur. Ancaq olimpiadaya sıradan bir idmançı gəlmir. Tokioda medal qazanıb-qazanmayacağımı indidən deyə bilmərəm”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR