Çempion tennisçi mağazada işləmək məcburiyyətində qalıb

Çempion tennisçi mağazada işləmək məcburiyyətində qalıb

Tennis üzrə Fransa çempionu olmuş Kevin Kravietz idman yarışları dayandırıldığından başqa yerdən gəlir əldə etmək məcburiyyətində qalıb.
 
Sport7.az xəbər verir ki, tennisçi yaşadığı iqtisadi çətinlik səbəbindən bir mağazada çalışmağa başlayıb. Alman mətbuatına açıqlama verən 28 yaşlı idmançı "Həftəlik 450 avro maaşa rəfləri səliqəyə salıram. Boş qutuları atıram. Ötən həftə mağazanın girişində təhlükəsizlik əməkdaşı kimi çalışırdım" sözlərini söyləyib. 
 
Qoşa yarışan tennisçilər arasında dünya reytinqində 13-cü pillədə olan Kravietz həftədə 3-4 dəfə məşq etmək üçün mağazadan icazə aldığını da bildirdi.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR