Çempionlar Liqası: "Astana" və "Fənərbaxça" uduzdu - YENİLƏNDI

Çempionlar Liqası:
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start veriləcək.

Sport7.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçiriləcək. Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın "Astana” komandası da bu mərhələdə ilk oyununu çıxacaq. "Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv doğma meydanda Xorvatiya "Dinamo”su ilə üz-üzə gələcək.

Çempionlar Liqası
 
3-cü təsnifat mərhələsi, ilk oyunlar

7 avqust
 
"Astana” (Qazaxıstan) - "Dinamo” (Zaqreb, Xorvatiya) 0:2
Qollar: Budimir, 39, Olmo, 84

"Qarabağ" (Azərbaycan) - BATE (Belarus) 0:1
Qol: Draqun, 36

"Malmö" (İsveç) - "Videoton" (Macarıstan) 1:1
Qollar: Kristiansen, 62 (1:0), Neqo, 71 (1:1)

"Slaviya" (Praqa, Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna) 1:1
Qollar: Verbiç, 82 (0:1), Huşbauer, 90+5 (1:1)

"Standard" (Belçika) - "Ayaks" (Hollandiya) 2:2
Qollar: Huntelaar, 19 (0:1), Tadiç, 34 (0:2), Carcela-Qonzalez, 67 (1:2), Emond, 90+4-pen (2:2)

"Srvena Zvezda" (Serbiya) - "Spartak" (Trnava, Slovakiya) 1:1
Qollar: Ben, 23-pen (1:0), Qrendel, 25 (1:1)

"Benfika" (Portuqaliya) - "Fənərbaxça" (Türkiyə) 1:0
Qol: Cervi, 69
 
8 avqust

21:00. PAOK (Yunanıstan) - "Spartak” (Moskva, Rusiya)
21:00. "Zalsburq” (Avstriya) - "Şkendiya (Makedoniya)
22:45. "Seltik” (Şotlandiya) - AEK (Yunanıstan)

 
Sport7.az

Xəbər lenti