Çempionlar Liqası:

Çempionlar Liqası: "Barselona" finalın bir addımlığında

Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti görüşü keçirilib.

"Barselona" "Liverpul"u qəbul edib. Komandalar sonuncu dəfə ÇL-də 2007-ci ildə bir-birinə rəqib olmuşdular. O zaman "Liverpul" səfər qolu hesabına mərhələ adlamışdı.
 
Oyunda hesab 26-cı dəqiqədə açılıb. Luis Suares "Barselona"nı önə çıxarıb. İkinci hissədə Lionel Messi səhnəyə çıxıb. Argentinalı ulduz əvvəlcə fərqi artırıb, ardınca isə cərimə zərbəsindən vurduğu möhtəşəm qolla matça nöqtə qoyub - 3:0.

Çempionlar Liqası

Yarımfinal (ilk görüş)

"Barselona" (İspaniya) - "Liverpul" (İngiltərə) - 3:0
 
Qollar: Suares (26), Messi (75, 82)

Baş hakim: Byorn Kuypers (Hollandiya)

"Nou Kamp", Barselona
 
Cavab oyunu mayın 7-də İngiltərədə keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR